Maraqlı

Büdcəli OnePlus Z smartfonu Geekbench testlərindən keçdi

4 İyun 2020 22:15
Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OnePlus şirkəti aprel ayında OnePlus 8 və OnePlus 8 Pro smartfon modellərini təqdim etmişdi. İndi isə şirkət OnePlus Z adlı büdcəli smartfonun təqdimatına hazırlaşır. Belə ki, sözügedən smartfon məşhur Geekbench bençmark saytının məlumatlar bazasında aşkar edilib. Bu barədə Mysmartprice saytı xəbər verib. Smartfon AC2003 model nömrəsinə sahibdir.

Məlumatda qeyd edilib ki, OnePlus Z smartfonu Lito kod adına sahib Qualcomm prosessoru ilə təchiz olunub. Məlumatda söhbətin hansı prosessor modelindən getdiyi qeyd olunmasa da çox böyük ehtimal ilə bu, Snapdragon 765G-dir. Bununla yanaşı Geekbench testlərindən keçmiş model 12 GB RAM-a sahibdir və Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon Geekbench-in birnüvəli testində 612 xal, çoxnüvəli testində isə 1955 xal toplayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.