Maraqlı

Pilotsuz sualtı aparat bu tarixdə istifadəyə veriləcək

4 İyun 2020 22:45
Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Poseydon pilotsuz sualtı aparatının bu ilin payızında istifadəyə verilməsi planlaşdırılır.

Milli.Az ted.az-a istinadən bildirir ki, işə salma prosesi nüvə sualtı qayığı - Belqorod-un göyərtəsində həyata keçiriləcək.

Çoxfunksiyalı nüvə sualtı qayığı Belqorod, Poseydon aparatını işə salmaq üçün "949A-Antey" layihəsindən "09852" layihəsinə keçirilib.

"Poseydon" tipli aparatların daşıyıcısı olan "Xabarovsk" (098531 layihəsi) nüvə sualtı qayığın işə salınması isə yaxın aylarda planlaşdırılır.

Bu qayığın texniki parametrləri hələlik rəsmi açıqlanmayıb. Bəzi mənbələrə görə, qayığın suya oturumu 10 min ton, sürət həddi 32 uzel, avtonom rejimdə üzmə bacarığı isə 120 gündür. Qayığın işçi heyəti 100 nəfərə qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.