Maraqlı

Volkswagen bu ölkəyə 2 milyard dollardan çox investisiya yatıracaq

2 İyun 2020 21:15
Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın avtomobil istehsalçısı Volkswagen AG (VW) Çinin 2 elektrikli nəqliyyat vasitəsi istehsalçısına 2,1 milyard avro (2,33 milyard ABŞ dolları)  investisiya yatıracaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, məşhur avtomobil istehsalçısı Çinin "Anhui Jianghuai Avtomobil Qrup"un dövlət mülkiyyətində olan səhmlərinin 50%-ni almaq və elektrik nəqliyyatı vasitəsinin istehsalı üçün birgə yaradılan müəssisədəki payını 75%-ə çatdırmaq üçün 1 milyard avro sərmayə qoyacaq.

Bununla yanaşı, Volkswagen Çinin elektrikli nəqliyyat vasitələri üçün batareyalar istehsal edən "Guoxuan High-tech Co Ltd" şirkətinin 26,5%-ni satın almaq üçün 1,1 milyard avro investisiya yatıracaq.

Xatırladaq ki, ötən il VW bu ölkədə avtomobil zavodu alaraq Çində zavod sahibi olan ilk xarici avtomobil istehsalçısı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.