Maraqlı

"Wärtsilä" şirkəti yeniliyə imza atıb

31 May 2020 20:25
Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyanın "Wärtsilä" texnoloji qrupu FuelFlex sisteminin ikitaktlı "RT-flex" dizel mühərriklərinə yanacaq ötürməsinə (dəniz mazutu və az qatılığı olan gəmi yanacağı) nəzarət  üçün yeni bir həll təklif edib.

Milli.Az seanews.az-a istinadən bildirir ki, bu həll "Wärtsilä" şirkətinin "RT-flex96C-B" və "RT-flex84T-D" ikitaktlı mühərrikləri ilə təchiz olunmuş gəmilərdə yenilənmə üçün istifadə edilə bilər.  Yeni "FuelFlex ICU", sızmanın qarşısını almaq və bütün komponentlərin uzunömürlülüyünü təmin etmək üçün daha dayanıqlı materiallar və digər müasir detallarla təchiz olunub.

"Wärtsilä" şirkəti nəqliyyat sənayesi, neft, elektrik və digər sənaye sahələri üçün mühərriklərin və digər sistemlərin istehsalında dünya lideridir. 19 min nəfər əməkdaşı olan şirkətin 80 ölkədə 200-dən çox nümayəndəliyi fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.