Maraqlı

Peyğəmbər qızının başına gətiriləcək müsibətlər barədə

28 May 2020 22:55
0 Şərh     Baxış: 1 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peyğəmbəri-Əkrəmin (s) öz sevimli qızı xanım Fatimeyi-Zəhraya (ə.s.) məhəbbət və ehtiramı yalnız atalıq hisslərindən qaynaqlanmırdı. O həzrət qızına böyük gözlə baxır, böyük məqam sahibi bilirdı. Çünki onda bir çox məziyyət və fəzilətlər müşahidə etmişdi.

Peyğəmbəri-Əkrəmin (s) qızı Fatimeyi-Zəhraya (ə.s.) olan məhəbbətini öz dilinə gətirməsi və "Fatimətu əhəbbul-xəlqi iləyyə! Fatimətu əəzzun-nasi ələyyə!" (Mənim üçün ən sevimli və ən əziz kəs Fatimədir!) - deyə buyurması ilə onun uca məqamını insanlara tanıtdırmaq istəyirdi. Çünki o həzrət özündən az sonra əziz qızının başına olmazın zülmlərinin gətiriləcəyini yaxşı bilirdi. Peyğəmbər (s) insanlara höccəti tamamlamaq istəyirdi ki, heç kim bəhanə gətirə bilməsin, heç kim deyə bilməsin ki, Zəhranı (ə.s.) tanımadıq. Elə bu məqsədlə Peyğəmbər (s) onun haqqında buyurur:

مَنْ عَرَفَ هذِهِ فَقَدْ عَرَفَها وَمْنَ لَمْ یَعْرِفْها فَهِىَ فاطِمَةُ بِنْتَ محُمَّدٍ وَ هِىَ بَضْعَةُ مِنّى ، وَ هِىَ قَلْبى، وَ رُوحى اَلّتى بَیْنَ جَنْبى ، فَمَنْ آذاها فَقَدْ آذانى وَ مَنْ آذانى فَقَد آذى اللّه تَعالى

"Onu tanıyan tanıyır, tanımayan tanısın: "O, Muhəmmədin qızı Fatimədir, mənim bədənim bir parçasıdır, mənim ürəyimdir və vücudumun ruhudur. Onu incidən, həqiqətən, məni incitmiş və məni incidən isə, həqiqətən, Allah-Taalanı incitmişdir." (Kəşful-ğummə", 1-ci cild, səh.466.)

Başqa bir hədisdə isə belə buyurur:

و أمّا ابنَتي فاطمةُ فهِيَ سيّدةُ نِساءِالعالَمينَ مِن الأوّلِينَ والآخِرِينَ، وَ هِىَ بَضْعَةُ مِنّى وهي نورُ عَيْني وثَمَرةُ فُؤادي و هی روحی التی بین جنبیّ

"Amma qızım Fatimə! Həqiqətən, o, əvvəlindən sonuna qədər dünya qadınlarının sərvəridir. Mənim bədənim bir parçasıdır, gözümün işığıdır, qəlbimin meyvəsidir və vücudumun ruhudur."

و هی الحوراء الإنسیة متى قامَت في مِحرابِها بین یدی ربها (جل جلاله) زَهَر نورُها لملائکة السموات ، كَما يَزهَر نورُ الكواكبِ لأهلِ الأرضِ

"O, insan simasında bir huridir. İbadət mehrabında, Rəbbinin hüzurunda durarkən, nuru səma mələkləri üçün parlayar, necə ki, ulduzların nuru yer əhli üçün parlayır."

ويقول الله عز وجل لملائكته :يا ملائكتي انظروا إلى أَمتي فاطمة سيدة إمائي ، قائمة بين يديّ، ترتعد فرائصها من خيفتي ، وقد أقبلتْ بقلبها على عبادتي ، أُشهدكم أني قد أمنت شيعتها من النار

Allah-Taala mələklərinə buyurar: "Ey Mənim mələklərim! Xalis kənizim (bəndəm) və kənizlərimin sərvəri Fatiməyə baxın, görün Mənim dərgahımda necə dayanıb? Məndən qorxduğu üçün necə də bədəni titrəyir? Bütün qəlbi ilə necə də Mənə ibadət edir? Sizi şahid tuturam ki, onun şiələrini cəhənnəm odundan amanda saxlayacağam!"

Peyğəmbəri-Əkrəm (s) bundan sonra buyurdu:

وَ أَنِّي لَمَّا رَأَيْتُهَا ذَكَرْتُ مَا يُصْنَعُ بِهَا بَعْدِي كَأَنِّي بِهَا وَ قَدْ دَخَلَ الذُّلُّ في بَيْتَهَا وَ انْتُهِكَتْ حُرْمَتُهَا وَ غُصِبَتْ حَقَّهَا وَ مُنِعَتْ‏ إِرْثَهَا وَ كُسِرَ جَنْبُهَا [وَ كُسِرَتْ جَنْبَتُهَا] وَ أَسْقَطَتْ جَنِينَهَا وَ هِيَ تُنَادِي يَا مُحَمَّدَاهْ فَلَا تُجَابُ وَ تَسْتَغِيثُ فَلَا تُغَاثُ ... فَتَكُونُ أَوَّلَ مَنْ يَلْحَقُنِي مِنْ أَهْلِ بَيْتِي فَتَقْدَمُ عَلَيَّ مَحْزُونَةً مَكْرُوبَةً مَغْمُومَةً مَغْصُوبَةً مَقْتُولَة

"Hər zaman Fatiməni görəndə, özümdən sonra onun başına gətiriləcək hadisələri xatırlayıram, sanki çətinliklərin onun evinə üz gətirdiyini, hörmətinin tapdalandığını, haqqının qəsb edildiyini, öz irsindən məhrum edildiyini, qabırğasının sındırıldığını, bətnindəki uşağın siqt edildiyini, "Ey Muhəmməd!" deyə nalə etdiyini, lakin heç kimin ona cavab vermədiyini, fəryad edərək kömək istədiyini, ancaq heç kimin onun fəryadına yetmədiyini görürəm! O, Əhli-beytimin arasından qəmli, müsibətli, haqqı qəsb olunmuş və qətlə yetirilmiş halda mənə qovuşacaq ilk şəxsdir."

فَأَقُولُ عِنْدَ ذَلِكَ اللَّهُمَّ الْعَنْ مَنْ ظَلَمَهَا وَ عَاقِبْ مَنْ غَصَبَهَا وَ ذَلِّلْ مَنْ أَذَلَّهَا وَ خَلِّدْ فِي نَارِكَ مَنْ ضَرَبَ جَنْبَهَا حَتَّى أَلْقَتْ وَلَدَهَا فَتَقُولُ الْمَلَائِكَةُ عِنْدَ ذَلِكَ آمِين‏

Mən o zaman deyərəm: "İlahi! Ona zülm edənlərə lənət et, onun haqqını qəsb edənləri cəzalandır, onu xar edənləri xar et, övladının siqt olmasına səbəb olanları cəhənnəmində əbədi saxla." Bu zaman mələklər "amin" deyər! ("Əmali", Şeyx Səduq, 24-cü məclis, hədis 2.)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.