Maraqlı

Mobil Youtube tətbiqinə Google axtarış sistemi əlavə ediləcək: Nəyə görə?

28 May 2020 08:31
Baxış: 944
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Google şirkəti mütəmadi olaraq məşhur Youtube videoservisinin imkanlarını genişləndirir. Daha əvvəllər bu servis yalnız videolar üçün nəzərdə tutulurdu. Lakin indi istifadəçilər öz Youtube kanallarında mətnli mesajlar və fotolar paylaşa bilirlər. İndi isə Youtube servisinin mobil tətbiqinə Google axtarış sorğuları əlavə edilib. Bu barədə XDA-Developers saytı xəbər verib

Reddit istifadəçiləri məlumat veriblər ki, Youtube servisinin Android üçün nəzərdə tutulmuş tətbiqində bu və ya digər kontenti axtaran zaman axtarış nəticəsi kimi videolardan əlavə axtarış sorğusuna aid müxtəlif materialların internet linkləri də təqdim olunur. Əgər ki, istifadəçi lazımi videokontenti tapa bilməyibsə, o, bir düyməyə klik edərək onu maraqlandıran mövzu üzrə Google-da axtarış apara bilər. Hal hazırda bu yeni funksiya bəzi istifadəçilər üçün aktivdir. Bu isə o deməkdir ki, Google şirkəti Youtube üçün olan bu yeni funksiyanı kiçik istifadəçi kütləsi üzərində test edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.