Maraqlı

Koronavirusa qarşı vaksinlər insanlar üzərində yoxlanır

30 May 2020 22:15
0 Şərh     Baxış: 1 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Koronavirusa qarşı vaksinlə bağlı 100-dən çox iş görülür. 8 vaksin insanlar üzərində yoxlanılmağa başlayıb".

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib: "Ümidvarıq ki, bunlardan bir-ikisi bu ilin axırına qədər istifadə edilə biləcək hala gələcək".

ÜST nümayəndəsi, həmçinin deyib ki, Azərbaycanda karantin rejimi yumşaldılır, amma o demək deyil ki, virus yoxdur: "Hamı əl gigiyena, respirator gigiyena və fiziki məsafəyə əməl etməlidir ki, peyvəndə qədər özümüzü qoruyaq. Hazırda şimal yarımkürəsində yay ayları yaxınlaşır, havalar qızır. Buna baxmayaraq, Azərbaycanda koronavirusa yoluxma artır".

H. Harmancı deyib ki, Rusiyada da çox sayda yeni virusa yoluxma aşkarlanıb: "Virusun üzərinə günəş düşsə, uzun müddət yaşamaz, amma isti havada necə olacaq, bunu gözləməliyik. Hazırda bildiyimiz budur ki, mövsümün virus üzərində təsiri olmadığını düşünürük. Ona görə qaydalara əməl etməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.