Maraqlı

Yerə yaxın qəhvəyi cırtdanda bulud qatı aşkarlandı

17 May 2020 19:25
0 Şərh     Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu yaxınlarda astronomlar çox böyük teleskopun köməyilə Yer kürəsinə ən yaxın qəhvəyi cırtdan olan Luhman 16A-da Yupiteri bürüyən oxşar bulud qatlarının olduğunu müəyyən ediblər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qəhvəyi cırtdan alimlər üçün kəşf olmasa da, polyarimetriya kimi tanınan "Caltech" texnikası, başqa sözlə, bu metodun son texnologiya tətbiqləri nisbətən yeni hesab edilir.

Tədqiqatçıların modelləri göstərib ki, buludların bəzi sahələri tufanlıdır, buna görə də qəhvəyi cırtdandakı hava Yupiterdə olduğu kimi sabit olmaya bilər.

Tədqiqatın həmmüəlliflərindən biri olan kosmik teleskopun Elmi İnstitutunun mütəxəssisi Jülyen Jirar bildirib ki, cırtdanda mövcud olan tufanlar silikatlar və ya ammonyak kimi maddələrin üzərinə yağış tökə bilər.

Alimlər komandası gələcəkdə ekzoplanetlərin ətrafında aparılan tədqiqatlar zamanı bu metodu istifadə etməyi planlaşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.