Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, pandemiya dövründə insanlar evdə qalaraq müxtəlif onlayn platformalara üz tutandan sonra xeyli kiberhücumlarla üzləşiblər.
Milli.Az ted.az-a istinadən bildirir ki, bütün dünyada kibercinayətkarlıq hallarının 70% artdığı məlum olub.
Birləşmiş Millətlər Təşkilatı bu artımı əsas gətirərək, yalnız böyükləri deyil, uşaqları da onlayn platformalardan istifadə edərkən ehtiyatlı olmağa çağırıb.
Təşkilat ailələrə bu dönəmdə azyaşlıları daha çox nəzarət altında saxlamağı tövsiyə edib.
Milli.Az