Apple şirkəti bu dəfə internetdə təşkil ediləcək illik WWDC konfransının keçirilməsi münasibətilə tələbələrə tətbiq yaratmağı təklif edir.
Milli.Az ted.az-a istinadən bildirir ki, yarışda qazanan tələbələr Apple-dan kolleksiya gödəkçəsini qazanacaqlar.
"Swift Student Challenge" adlı yarışda iştirak etmək üçün tələbələr Apple tərəfindən hazırlanmış Swift proqramlaşdırma dilində tətbiq yaratmalıdırlar. Yarış mayın 18-ə qədər davam edəcək.
Şirkətdən verilən məlumata görə, "Swift Student Challenge"də hər kəs iştirak edə bilər. Müraciət edənlərə xüsusi kodu nümayiş edən interfeysi ehtiva edən və iPad-də mövcud olan "Swift Playgrounds" tətbiqindən istifadə etmək təklif olunur.
350 gənc qalibin layihələri mürəkkəbliyi ilə deyil, həm də aktuallığı və yaradıcılığı ilə qiymətləndiriləcəyi qeyd edilir. Bundan əlavə, layihə fərdi olmalıdır, qrup layihələri qəbul edilmir.
Milli.Az