Maraqlı

Elon Mask Neuralink şirkətinin gələn il insan beyninə çip taxa biləcəyini dedi

12 May 2020 21:50
0 Şərh     Baxış: 826
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elon Mask bildirib ki, Neuralink neyrotexnologiya şirkəti gələn il insan beyninə süni intellekt çipi yerləşdirə bilər. Elon Mask keçən il də 2020-ci ildə bu əməliyyatın reallaşacağını söyləmişdi. Yeni çiplə birlikdə insan beyni ilə kompyuter arasında birbaşa interfeys yaradılması məqsədi güdülür.

Tesla və SpaceX şirkətlərinin rəhbəri Elon Maskın neyrotexnoloji sahəsində fəaliyyət göstərən Neuralink şirkəti, süni intellektlə işləyən beyin çipi üzərində işləyir. Elon Mask qatıldığı bir proqramda şirkətin beynə taxılan çip layihəsinin bir il ərzində reallaşa biləcəyini dedi.

2016-cı ildə qurulan Neuralink şirkəti, insan beyniylə birbaşa interfeys meydana gətirəcək bir implant hazırlayır. Elon Maskın dediyinə görə bu implant, ilk mərhələdə beyin yaralanmaları və zədə müalicələrində istifadə ediləcək. Elon Mask itirilən bəzi funksiyaların bu çip sayəsində geri qaytarmağı hədəfləndiyini vurğuladı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.