Maraqlı

Arterial təzyiq xəstələri qidalanmanı ciddi nəzarətdə saxlamalıdırlar

9 May 2020 23:35
0 Şərh     Baxış: 1 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Arterial təzyiqin yüksək olması hipertoniya xəstələrində ciddi narahatlıq yaradır. Lakin qida rejimini gözləməklə onu normada saxlamaq olar. Bunun üçün ilk növbədə qidalanmaya fikir vermək, yağlı və duzlu qidalardan çox istifadə etməmək lazımdır. Yüksək təzyiqi olanlar mədə-bağırsaq sisteminin normal çalışmasına diqqət göstərməli, daha çox meyvə və tərəvəzlərlə qidalanmalı, çəkisini nəzarətdə saxlamalıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-kardioloq Nüşabə Səfərova deyib: "Həmin xəstələrə şirniyyat və şirin içkilərin miqdarını azaltmaq tövsiyə olunur. Arterial təzyiqi yüksək olanlar limonu gündəlik qida rasionuna daxil etməlidir, çünki onun tərkibində olan C vitamini ürəkdə əmələ gələn patologiyaların qarşısını ala bilir, ona görə də hər səhər bir stəkan limonlu su içmək faydalı hesab olunur. Həmin xəstəlikdən əziyyət çəkənlər üçün qarpız tumu da çox faydalıdır".

Həkim-kardioloq bildirib ki, aparılan bir çox araşdırmalara görə, gün ərzində bir-iki diş sarımsaq yemək də təzyiqi normada saxlaya bilir. Cəfəri şirəsi və dəmləməsi də təzyiq xəstələri üçün xeyirlidir. Zəncəfil, qatıq, nar kimi məhsullar da arterial təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.