Maraqlı

Çində nəhəng raketdaşıyıcının ilk buraxılışı həyata keçirildi

9 May 2020 18:10
0 Şərh     Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin yeni və nəhəng raketdaşıyıcısı olan "Long March-5B"nin ilk buraxılışı Haynan adasındakı Vençan kosmodromundan həyata keçirilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, raket Çinin yeni nəsil kosmik gəmisinin və yük kapsulunun sınaq versiyalarını da test üçün kosmosa aparıb.

Raketdaşıyıcının buraxılışdan 8 dəqiqə 8 saniyə sonra eksperimental kosmik gəmi və yük kapsulunun test versiyası raketdən ayrılaraq planlaşdırılan aşağı orbitə daxil olub.

Bu uğurlu uçuş kosmik stansiyanın quraşdırılmasını hədəfləyən Çinin kosmos proqramının 3-cü mərhələsinin başlanğıcı hesab edilir.

"Long March-5B" tipli raketdaşıyıcılar, əsasən, kosmik stansiyanın modullarının quraşdırılması üçün istifadə olunacaq. Bunun səbəbi yalnız bu tip raketdaşıyıcıların kosmik stansiyanın hissələrini orbitə aparmaq gücünə malik olmasıdır. Uzunluğu 53,7, diametri 5 metrə çatan raket maye oksigen, maye hidrogen və kerosin yanacağından istifadə etməklə 22 ton yükü aşağı orbitə qaldırmaq gücündədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory