Maraqlı

Samsung-un 2021-də çıxaracağı smartfonlar AMD qrafik çipləri istifadə edəcək

7 May 2020 08:25
0 Şərh     Baxış: 1 094
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Keçən il AMD və Samsung müqavilə imzaladıqlarını, çip istehsalında birliktə işləyəcəklərini bildirmişdilər. Bu ortaqlıq görünən odur ki, öz meyvəsini verməyə başlayıb. Sammobile tərəfindən verilən məlumata görə Samsung 2021-də çıxaracağı smartfonlarda AMD ilə birliktə hazırladığı mobil qrafik prosessorunu istifadə edəcək

AMD şirkəti Samsung-un 5 nm ölçülü qrafik çipləri üçün xüsusi optimizasiyalar edib.

GFXBench tərəfindən sızdırılan məlumatlara görə AMD və Samsung-un ortaq hazırladığı qrafik çiplər Exynos 1000 prosessorunda istifadə ediləcək. Test nəticələri də həmçinin gözləniləndən daha yaxşı olub. Beləki bu qrafik prosessorun test nəticəsi Qualcomm şirkətinin ən sonuncu Adreno qrafik çiplərindən 3 dəfə daha güclü olduğu göstərir. Qeyd edək ki, Qualcomm-un hazırladığı Adreno qrafik çipləri AMD şirkətinin köhnə Radeon texnologiyası əsasında hazırlanır. Qısaca Adreno çiplərinin əsasında da AMD texnologiyası var.

Hal-hazırda Samsung, Galaxy Note 20 smartfonu üçün Exynos 992 prosessoru üzərində işləyir. 2021-ci ildə isə yeni flaqman modellərində Exynos 1000 prosessoru istifadə ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.