Maraqlı

İnsanlarda immunitet zəifliyinin əsas səbəbi açıqlandı

4 May 2020 13:14
1 Şərh     Baxış: 3 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müasir insanların immunitetində zəiflik antibiotiklərin nəzarətsiz istifadəsi ilə əlaqədar ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, allerqoloq-immunoloq Marina Apletayeva belə hesab edir.

Həkim qeyd edir ki, son dövrlər insanlarda orqanizmin immun balansı pozulub. Xüsusən yeniyetmələr və gənclər tez-tez xəstələnməyə başlayıb, infeksion xəstəlikləri uzun müddət və ağır keçirirlər. Yeni viruslar meydana gələndə isə bədən onların öhdəsindən gələ bilmir.

Mütəxəssis əmindir ki, immun sistemini zəiflədən əsas amil antibiotiklərin qəbuludur.

A.Apletayeva xatırladır ki, antibiotiklər virusları məhv etmir və bu vasitədən, sadəcə, virusla bağlı xəstəliyin ağırlaşması halında bakterial infeksiyaları müalicə etmək üçün istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.