Maraqlı

Aya eniş üçün pilotlu sistemlərin yaradılmasını davam etdirəcək şirkətlər seçilib

5 May 2020 07:41
0 Şərh     Baxış: 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Kosmik Agentliyi (NASA) Aya eniş üçün kosmik gəminin yaradılmasında rəqabəti davam etdirəcək üç şirkətlə müqavilə imzalayıb. Beləliklə, bu istiqamətdə gələcək iş "SpaceX", "Blue Origin" və "Dynetics" şirkətləri tərəfindən aparılacaq. "Boeing" şirkəti isə müqavilənin imzalanmasında kənarda qalıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 579 milyon dollar məbləğində ən böyük maliyyə yardımı "Amazon" şirkətinin təsisçisi Ceff Bezosa məxsus "Blue Origin" şirkətinə təqdim ediləcək. O, buraxılışı üçün "New Glenn" raketinin və ya "United Launch Alliance" şirkətinin "Vulcan" daşıyıcısının istifadə olunacağı "ILV" üçpilləli enmə modulunun hazırlanması ilə məşğul olur. Buraxılışı üçün "Vulcan" raketinin istifadəsi planlaşdırılan "Dynetics" şirkətinə məxsus "DHLS" ikipilləli sisteminin yaradılması üzrə layihə 253 milyon dollar cəlb edib. Ay səthinə enərək oradan uçacaq "Starship" çoxistifadəli gəmisi üzərində çalışan İlon Maskın "SpaceX" şirkətinə 135 milyon dollar ayrılacaq.

2021-ci ilin fevralınadək qüvvədə olacaq müqavilələr həmin vaxtadək şirkətlər tərəfindən ilk sınaqların keçirilməsini nəzərdə tutur. Bundan sonra agentlik hazırlanması davam etdiriləcək ən cəlbedici layihələri seçməyi planlaşdırır.

ABŞ hökuməti və "NASA" Ay səthinə ekipajı 2024-cü ildə göndərmək niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.