Maraqlı

Analitiklər dünyada ən populyar və çox satılan smartfonların adını açıqlayıb

2 May 2020 08:01
0 Şərh     Baxış: 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"DeviceAtlas" analitik resursu smartfonların populyarlığına dair araşdırmanın nəticələrini açıqlayıb. Təqdim edilmiş reytinq müxtəlif regionlarda ən populyar cihazı müəyyənləşdirməyə imkan verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mənbənin məlumatına görə, 2016-cı ildə təqdim edilmiş "iPhone 7" smartfonu ən populyar cihaz adına layiq görülüb. Hərçənd son 2 ildə aparatın satış həcmi yüksək olmasa da, işlədilən veb-trafik həcminə görə ən çox istifadə edilən cihazlardan biri olaraq qalır. Reytinqin ikinci pilləsində "Samsung Galaxy S8" və "Galaxy S9" aparatları qərarlaşıb: hər iki modelə dünyanın onlarla ölkəsində tələbat var.

Şimali Amerikada ən çox satılan smartfonlar arasında "Apple" qurğuları ("iPhone 11" və "iPhone XR") birinci olublar. "Counterpoint Research" analitik agentliyinin statistikasına əsasən, bu il regionda satış həcminin təxminən 12% və 6%-i bu modellərin payına düşür.

Avropada isə ən çox satılan "Samsung Galaxy A50" smartfonu olub. "iPhone XR" və "iPhone 11" cihazları müvafiq olaraq ikinci və üçüncü, "Samsung Galaxy A10" və "A40" isə müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşıb.

Çin bazarında tamamilə fərqli bir mənzərə müşahidə olunur: "OPPO A5" və "A9" aparatları reytinqdə ön pillələrdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.