Maraqlı

Netflix-dən Android istifadəçilərinə şad xəbər

30 Aprel 2020 22:10
0 Şərh     Baxış: 1 517
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Karantin günlərində ən çox ziyarət edilən platformalar arasında yer alan Netflix-in yeni funksiyası test edilməyə başlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, platformanın WhatsApp vasitəsilə video izləmə xüsusiyyəti yaxın günlərdə istifadəçilərə təqdim olunacaq.

Qeyd edək ki, artıq WhatsApp vasitəsilə YouTube, Feysbuk və İnstaqram videolarını izləmək mümkündür.

Bundan başqa, Netflix Apple istifadəçiləri üçün sözügedən xüsusiyyəti ötən ilin noyabrında təqdim etmişdi.

İstənilən Netflix kontentini "Paylaş" düyməsindən "WhatsApp" tətbiqini seçməklə göndərərək bu xüsusiyyətdən yararlana biləcəksiniz. Söhbətdən və ya "WhatsApp"dan çıxdıqda isə izlədiyiniz video dayandırılır.

WhatsApp-ın 2.20.123 versiyasında qarşımıza çıxan funksiya artıq bir müddətdir Telegram-da yer alır. Elə bu kimi funksiyalardan dolayı bəzi istifadəçilər Telegram-ı üstün tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.