Maraqlı

Ramazan ayında yemək və içməkləri tənzimləmək üçün 5 məsləhət

2 May 2020 19:50
0 Şərh     Baxış: 1 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ramazan ayında yemək və içməkləri tənzimləmək üçün bir neçə tövsiyətə diqqət edək:

1. Çay və qəhvə içəcəklərinin sayını azaltmaq. İftar və obaşdanlarda bu nöqtəyə diqqət etsək, bədənimizi susuzluğa vərdişetdirmiş olarıq.

Həmçinin həkimlər tövsiyə edir ki, Ramazan ayı boyunca çaydan daha çox, su içməyə meyil edilsin. Çünki çayın və qəhvənin tərkibində olan kofein insanı gün ərzində daha çox susuzlada bilər.

2. Yeməyin həcmini azaltmaq. Çalışmaq lazımdır ki, Ramazan ayı müddətində bədənə daxil olan qidanın həcminə nəzarət edək. Çünki gün ərzində ac qalan mədə, çox həmcli qida ilə qarşılaşan zaman çox əziyyət çəkir və insan sağlamlığı üçün əmin deyildir.

Bizi doyuzduracaq və gümrah saxlayacaq həddə yesək, kifayətdir.

3. İdman proqramını yenidən tənzimləmək. Ramazan ayında çalışmaq lazımdır ki, bədənin daxilində olan mayeni qoruyub saxlaya bilək. Ona görə də o kəslər ki, davamlı olaraq idmanla məşğul olurlar, yaxşı olar ki, səhər çağı deyil, iftara bir-iki saat qalmış idman etsinlər.

4. İftara yaxın əlinizdə olan işləri kənara qoyub,  istirahət etmək. Ramazan ayı insanın başqa aylardakı adətlərini pozduğu üçün, ilk günlərdə istər-istəməz insanın əsəb sisteminə mənfi təsirlər qoyur və insan hər bir şeydən təhrik olur. Ona görə də yaxşı olar ki, iftara az qalmış bütün işlərinizi kənara qoyasınız və istirahət edib, iftarı gözləyəsiniz. Ağır fiziki işlərdən çəkinəsiniz.

5. İnsan gün ərzində su və qida qəbul etmədiyi üçün, böyrəkləri susuzluqdan əziyyət çəkər və bəzən insanı isti basar. Bu səbəbdən iftarınızı açan zaman qaynar içəcək və yeməklərdən çəkinin. Daha çox sərin və yüngül yeməklərə üstünlük verin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory