Maraqlı

Türkiyəli nazir yerli avtomobildən danışdı

28 Aprel 2020 21:10
0 Şərh     Baxış: 1 081
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank ölkəsində istehsal edilən avtomobillə bağlı açıqlama verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, nazirin sözlərinə görə, istehsal prosesində ciddi axsamadan söhbət gedə bilməz.

Gemlikdə tikintisi planlaşdırılan fabrikin özülatma tarixinə də toxunan M.Varank "Yerli avtomobil xəyalımızda ciddi ləngimə yoxdur", - deyib.

O əlavə edib ki, Koreya, İngiltərə, Almaniya, İspaniya, İtaliya və Türkiyədəki potensial müştərilərlə danışıqlar davam edir.

Nazir diqqətə çatdırıb ki, qurulacaq fabrikin ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında hesabat sənədinin alınması üzərində iş gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.