Maraqlı

Volkswagen şirkəti 620 milyon avro kompensasiya ödədi

25 Aprel 2020 21:20
0 Şərh     Baxış: 1 038
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən günlərdə xəbər verdiyimiz kimi Volkswagen şirkətinə qarşı 250 min insan məhkəmə iddiası qaldırmışdı. 830 milyon avroya yaxın təzminat tələb edən müştərilər bildirirlər ki, Volkswagen rəhbərliyinin səhlənkarlığına görə dizel avtomobillərində zərərli tullantıların real həcmi gizlədilir.

Müştərilər istehsal ilindən asılı olaraq hər bir avtomobil üçün 1350 avrodan 66 min 250 avroya qədər kompensasiya tələb edirlər.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkətdən təzminat ödəməklə bağlı razılıq verilib.

Şirkət artıq 200 min müştəri ilə razılığa gəlib və 620 milyon avro onların hesabına köçürüləcək. Bütün ödənişlər elektron platforma üzərindən aparılacaq.

Şirkətin qərarı ilə razılaşmayanlar isə fərdi qaydada yenidən məhkəməyə müraciət edə bilərlər. Məhkəmə prosesi oktyabr ayına qədər davam edə bilər. Bundan əlavə, Almaniya vətəndaşı olmayan və ya 2015-ci il 31 dekabr tarixindən sonra avtomobil almış müştərilər kompensasiya ala bilməyəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.