Maraqlı

Çində koronavirusa yoluxma rəqəmləri 4 dəfə çox olub

23 Aprel 2020 22:35
0 Şərh     Baxış: 1 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində koronavirusun ilk dalğasında yoluxma halları açıqlanandan dörd dəfə çox olub

Çinin Honkonq Universitetinin İctimai Səhiyyə şöbəsi ölkədə koronavirusun ilk dalğasında yoluxma hallarının göstəriləndən dörd dəfə çox olduğunu açıqlayıb.

Aparılan araşdırma nəticəsində müəyyən olunub ki, fevralın 20-də Çində virusa 55 000 yoluxma halının olduğu bildirilsə də, əslində, 232 mindən çox insan xəstələnib.

Bu araşdırmanın nəticələri ABŞ-ın Çini dünyadan məlumat gizlətməkdə günahlandırdığı bir vaxtda açıqlanıb. Çin tərəfi bunu epidemiya zamanı COVID-19-un müəyyən edilməsində tətbiq olunan dəyişikliklərlə əlaqələndirir.

Tədqiqatçılar qeyd edirlər ki, epidemiyanın ilk mərhələlərində koronavirusun müəyyən edilməsi qaydası sonrakı günlərdə virusla bağlı elmi məlumatlar artdıqca və laboratoriyaların imkanları yaxşılaşdıqca dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.