Maraqlı

İlon Maskın layihəsi gerçək olur: Hyperloop nəqliyyat sahəsində inqilab edəcək

23 Aprel 2020 23:20
0 Şərh     Baxış: 1 214
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tesla və SpaceX şirkətlərinin sahibi İlon Mask çox sürətli nəqliyyat vasitəsi olacaq Hyperloop sistemini 2012-ci ildə elan etmişdi.

Milli.Az ted.az-a istinadən bildirir ki, gələcəyin nəqliyyat həllərindən olacağı deyilən Hyperloop texnologiyası üzərində iş aparan Niderlandın Hardy Hyperloop şirkətindən maraqlı açıqlama gəlib.

Təxminən 7 il əvvəl İ.Mask tərəfindən təşki edilən müsabiqədə birinci olan şirkətin yeni layihəsi barədə müəyyən detallar ictimaiyyətə təqdim edilib.

Bildirilib ki, gələcəkdə Amsterdam-Paris səfəri cəmi 90 dəqiqə çəkəcək. Müqayisə üçün qeyd edək ki, Amsterdamdan Parisə təyyarə ilə səfər təxminən 4 saat çəkir. Qatarla isə buna 3 saat vaxt lazım gəlir.

Sözügedən layihə çərçivəsində Parisdən əlavə Brüssel, Frankfurt və Düsseldorf kimi şəhərlərə də sərnişin daşınacaq. Xüsusi boru vasitəsilə saatda təxminən 1000 kilometr sürətlə hərəkət edəcək Hyperloop böyük ümid vəd edir.

Nəqliyyat Texnologiyaları və SpaceX şirkətlərinin həyata keçirdiyi layihənin təyyarə istifadəsini azaldacağı və havanın çirkliliyinə müsbət təsir göstərəcəyi deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.