Google koronavirusla əlaqədar çətin günlər keçirən blogger və jurnalistlər üçün yenilik edib.
Milli.Az ted.az-a istinadən bildirir ki, Google bu kateqoriyaya aid olanların reklam gəlirlərindəki reklam yayımlama qarşılığında müəyyən endirim edəcəyini açıqlayıb. Amma bu məbləğdə nə qədər endirim ediləcəyi ilə bağlı qərar hələ verilməyib. Şirkət rəsmiləri bildiriblər ki, bu addımı atmaqda məqsəd orijinal xəbər istehsal edən media orqanlarını dəstəkləməkdir.
Qeyd edilib ki, yaxın günlərdə bu kateqoriyaya aid olan istifadəçilər proqram barədə ətraflı məlumatlandırılacaqlar.
Milli.Az