Maraqlı

Hər gün COVID-19 ilə əlaqəli 18 milyondan çox fişinq tipli məktub aşkar edilir

21 Aprel 2020 22:50
0 Şərh     Baxış: 1 055
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Google fırıldaqçılar tərəfindən hər gün koronavirus ilə əlaqəli 18 milyondan çox fişinq məktublarının göndərildiyini aşkar edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.

Kibercinayətkarlar istifadəçilərin narahatlığından və ekonomik qeyri-sabitlikdən faydalanaraq insanlara fişinq xarakterli e-məktubları göndərməyə başlayıblar.

Fırıldaqçılar Ümumdünya Səhiyyə Təşkilatı kimi qurumlar adından istifadəçilərə zərərli linkə keçidi, yaxud ödənişli proqram yükləməyi təklif edirlər.

Google nümayəndələrinin sözlərinə görə, süni intellektə əsaslanan təhlükəsizlik sistemi bu cür mesajları araşdırır və  spam, fişinq tipli bildirişlərin 99.9%-dən çoxunu bloklayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.