Maraqlı

Gələcəyin astronavtı kosmik əlcəyin köməyilə dronları idarə edə biləcək

21 Aprel 2020 07:31
0 Şərh     Baxış: 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Kosmik Agentliyi (ESA) gələcək astronavtların skafandrı üçün yeni əlcək konsepsiyasını təqdim edib. Əlcəyin dizaynı Fransanın "Comex" şirkəti və dizayner Aqata Medioni tərəfindən birgə hazırlanıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, xatırladaq ki, skafandrın tarixi təxminən 100 ili əhatə edir, bu halda əlcək onun ən mürəkkəb komponentlərindən biridir, çünki o, eyni anda həm davamlı, həm də funksional (müxtəlif əməliyyatların icrası prosesində əllərin kifayət qədər hərəkətliliyini təmin etməlidir) olmalıdır.

Təəssüf ki, müasir kosmik əlcəklər mükəmməllikdən uzaqdır. Məsələn, Amerika versiyası biçimsizdir, barmaqların ucunu dondurur, hətta bəzən astronavtlara xəsarət yetirir.

ESA tərəfindən təqdim olunmuş əlcəklər əlləri kosmik soyuq və vakuumdan qorumaqdan başqa digər funksiyalara da malikdir. Məsələn, bu əlcəklər jestlərin köməyi ilə Mars dronunu idarə etmək üçün istifadə edilə bilər. Yaxud cisimlərə olan məsafəni ölçmək üçün daxili lazer şüasından istifadə edə bilər.

Nəhayət, yeni əlcəklərdə oksigenin səviyyəsini göstərən displey quraşdırılıb.

Yeni əlcəklərin materialı 120-dən 170 selsi dərəcəyədək temperatur dəyişikliyinə dayanıqlıdır, astronavtlar üçün rahat və təhlükəsiz iş şəraitini təmin edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.