Maraqlı

Yeni “iPhone” modelləri necə olacaq?

16 Aprel 2020 08:41
0 Şərh     Baxış: 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il "Apple" şirkəti tərəfindən təqdim ediləcək yeni smartfon modelləri görünüş baxımından "iPad" planşetini xatırladacaq. Bu barədə "Bloomberg" nəşri öz mənbələrinə istinadən yazır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni modellərin əvvəlkilərlə müqayisədə daha dəyirmi küncə və tamamilə düz ekrana malik olacağı ehtimal edilir. "iPhone 11 Pro" və "iPhone 11 Max" aparatlarının varisi olacaq iki model üç əsas kamera, bir neçə ucuz versiya isə iki kamera ilə təchiz ediləcək. Bütün modellər "5G" texnologiyasını dəstəkləyəcək.

Bundan başqa, qurğular əlavə edilmiş reallıq proqramları ilə işləməyə imkan verən sistemlərə malik olacaq.

Şirkətin nümayəndəsi bu barədə şərh verməkdən imtina edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.