Maraqlı

Alauda elektrikli uçan avtomobil yarışlarına hazırlaşır

18 Aprel 2020 08:15
0 Şərh     Baxış: 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox adamın bəlkə də xəyalını qurduğu uçan avtomobillər hələ tam inkişaf etməmiş olsa da, elektrikli uçan avtomobil yarışları gerçəkləşir. Yarışı təşkil edəcək şirkət Alauda, ilk yarışı 2020-ci ildə reallaşdırmağı planlaşdırır.

Elektrikli uçan avtomobillər yaradan və Airspeeder yarışlarını təşkil edən Alauda şirkətinin qurucusu Mett Pirson bu barədə belə deyib: "Elektrikli uçan avtomobillər, şəhərlərimizi azadlaşdıracaq olan həqiqətə tərəf irəliləyir və üzləşdiyimiz uzun vədəli problemlərin də cavabı olacaq".

Alauda şirkəti oyunlarda gördüyümüz gələcəyi zamanəmizə gətirmək mövzusunda iddialıdır. Sistem üçün xüsusilə oyunlardan ilham alındığını söyləmək mümkündür. Pilotlar, özlərinə köməkçi olması üçün artırılmış həqiqət texnologiyasından faydalanacaqlar.

Bu yarışların, dünyadakı ən maraqlı və ən həyəcanverici mühərrik idmanı olacağını söyləmək mümkündür. Yarışacaq komandaların və istehsalçıların ehtiyacı olan təchizatlar da Alauda tərəfindən qarşılanacaq. Komandalar arasında həm hal-hazırda yarış dünyasında mövcud olan şirkətlər, həm də yeni şirkətlər yer ala biləcək. Beləcə sıx bir rəqabət mühiti yaradılmış olacaq.

İlk yarışın 2020-ci ildə reallaşdırılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.