Maraqlı

Yer kürəsinə yaxınlaşan kometlə bağlı yeni məlumat yayıldı

9 Aprel 2020 17:49
1 Şərh     Baxış: 2 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər müəyyən ediblər ki, rəsmi adı C/2019 Y4 olan, may ayında Yer kürəsindən adi gözlə görünməsinin mümkünlüyü güman edilən ATLAS kometinin nüvəsi parçalanmağa başlayıb.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə AMEA-nın rəsmi saytı məlumat yayıb.

Mütəxəssislər indiyədək onun parlaqlığının artdığını müşahidə etsələr də, aprelin 3-dən parlaqlığın azaldığını, aprelin 5-dən etibarən isə NEXT teleskopunun köməyi ilə kometin nüvəsinin parçalanması əlamətlərini aşkar ediblər.

Astronomlar güman edirlər ki, kometin nüvəsinin bundan sonra da parçalanmağa davam etməsi onun parlaqlığını daha da azaldacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.