Maraqlı

Azərbaycan internetin nüfuz səviyyəsinə görə Cənubi Qafqaz və Orta Asiya regionunun lideridir

11 Aprel 2020 08:59
3 Şərh     Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan internetin nüfuz səviyyəsinə görə Cənubi Qafqaz və Orta Asiya regionunda lider mövqeyində qərarlaşıb.  

Bu barədə Beynəlxalq Statistika Təşkilatının (Internet World Stats - IWS) dərc etdiyi qlobal şəbəkə istifadəçilərinin sayına dair hesabatda deyilir.

Hesabatda qeyd edilib ki, Azərbaycanda internet istifadəçilərinin sayı 8 milyona yaxındır.

Əhali arasında internetin yayılması baxımından Cənubi Qafqaz və Orta Asiya ölkələri arasında Azərbaycan Gürcüstanı, Ermənistanı, Qazaxıstanı, Özbəkistanı, Qırğızıstanı, Tacikistanı və Türkmənistanı qabaqlayır.

Qeyd edək ki, hesabata görə, dünyadakı bütün internet istifadəçilərinin 55,1 faizi Asiya ölkələrinin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.