Maraqlı

Yeni büdcəli iPhone modelinin adı Apple saytında təsdiqləndi

7 Aprel 2020 08:46
0 Şərh     Baxış: 1 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son bir neçə ay ərzində insayderlər iPhone SE smartfon modelinin davamçısı barəsində çoxlu sayda məlumatlar təqdim ediblər. Son məlumat sızıntılarına əsasən Apple şirkəti yeni büdcəli iPhone modelini yaxın müddətdə təqdim etməlidir. İndi isə şirkət öz rəsmi saytında yeni iPhone modelinin adını təsadüfən ortaya çıxardıb. Bu barədə Slashgear saytı xəbər verib. Beləliklə son məlumat sızıntısına əsasən smartfon iPhone SE (2020) adı ilə satışa çıxacaq.

    Smartfonun adı Apple şirkətinin rəsmi saytındakı aksessuarlar bölməsində aşkar edilib. Məsələ burasındadır ki, Apple öz saytında iPhone SE, iPhone 7 və iPhone 8 üçün nəzərdə tutulmuş və eyni ölçüdə olan Belkin InvisiGlass qoruyucu şüşəsini təqdim edib. Lakin biz bilirik ki, iPhone SE modelinin ölçüsü iPhone 7 və iPhone 8 modellərinin ölçülərindən daha kiçikdir. Bu isə o deməkdir ki, iPhone SE (2020) modeli iPhone 7 və iPhone 8 modellərinin ekran ölçülərini əldə edəcək. iPhone SE (2020)-nin yaxın müddətdə təqdim olunması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.