Maraqlı

“Microsoft” bütün brauzerləri qıcıqlandıran problemi həll edəcək

4 Aprel 2020 08:51
0 Şərh     Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" korporasiyası "Chrome", "Opera" və "Firefox"a alternativ kimi təqdim edilən "Edge" brauzerini təkmilləşdirməyə davam edir. Brauzerin yeni versiyasına yarlıkların qeyri-standart yerləşdirilməsi funksiyası əlavə edilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Microsoft"un rəsmi bloqunda şaquli yarlıkların funksiyası təsvir edilib. Şirkət yeni həllini yarlıkların ənənəvi üfüqi sxeminə əvəzetmə kimi təklif edir. Belə ki, istifadəçi daha çox səhifə açdıqca başlıqların sıxılması səbəbindən lazımi səhifəni tapmaq çətinləşir.

"Edge" brauzerinin tərtibatçıları yarlıkları yan paneldə yerləşdiriblər, kursora reaksiya kimi fırlanan yarlıkları ekranın istənilən yerinə daşımaq mümkündür. "Microsoft"un nümayəndələri əmin ediblər ki, yeni funksiya yaxın aylar ərzində "Edge"nin istifadəçiləri üçün əlçatan olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.