Maraqlı

“Samsung”un prosessoru və qabaqcıl kamera ilə təchiz edilmiş smartfon təqdim edilib

4 Aprel 2020 08:41
0 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vivo" şirkəti tərəfindən keçirilmiş onlayn təqdimat zamanı "Vivo S6 5G" adlı smartfon təqdim edilib. "Exynos 980" prosessoru ilə işləyən yeni aparatın əsas xüsusiyyətləri tutumlu akkumulyator, tərəflər nisbəti 20:9 olan böyükölçülü displey və mobil çəkiliş üçün qabaqcıl optika dəstidir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, aparat 32 meqapiksellik (mp) selfi-modul üçün kiçik dəlik və Full HD təsvir ölçülü 6,44 düymlük AMOLED displeylə təchiz edilib. Ekran səthinin alt hissəsində qurğunu blokdan çıxarmaq üçün optik barmaq izi skaneri quraşdırılıb. Qurğu 18 vatt gücündə sürətli enerjidoldurma texnologiyasına malik 4500 milliamper/saat tutumlu akkumulyatora malikdir. Yeni cihaz "Funtouch OS 10" interfeysli "Android 10" sisteminin idarəetməsi altında işləyir.

"Exynos 980 5G" prosessoru ilə işləyən "Vivo S6" smartfonu müxtəlif tutumlu əməli və daxili yaddaşa malik iki konfiqurasiyada (6/128 və 8/256) təqdim edilib, bu halda "microSD" yaddaş kartı üçün slot nəzərdə tutulmayıb. Cihazın əsas kamerası 4 sensordan ibarətdir: 48, 8 (genişbucaqlı optika), 2 (makroobyektiv) və 2 mp (dərinlik datçiki). Arxa və ön kameralar elektron sabitləşmə texnologiyasını (EIS) dəstəkləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.