Maraqlı

Həqiqi tövbənin əsas xüsusiyyəti

31 Mart 2020 20:30
0 Şərh     Baxış: 695
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tövbə nə zaman həqiqi olsa və insanın batinindən qaynaqlanaraq dilinə ötürülsə, Allah dərgahında qəbul olunar. Belə tövbənin bərəkətləri və təsirləri olar.

Tövbə edən insan çalışar ki, əməllərini islah etsin və həmin günahı bir də təkrar etməsin. Həqiqi tövbəkar özünün günah məclislərindən uzaq saxlayar və onu vəsvəsə edən amillərdən çəkinər.

Tövbəkar özünü Allah dərgahında xəcalətli hesab edər, davamlı olaraq Onun razılığını əldə etməyə çalışar.

Qurani-Kərimdə buyurulur: "Ey iman gətirənlər, Allaha - xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil etsin. Elə bir gündə Allah, Peyğəmbəri və onunla birgə (Allaha) iman gətirənləri xar etməz. Onların nuru (dirilmək məkanı olan) qəbirdən (haqq-hesab mərkəzinə qədər) önlərində və sağ tərəflərində hərəkət etməkdədir. Deyərlər: "Ey Rəbbimiz, bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Sən hər şeyə qadirsən!"". ("Təhrim" 8).

Həqiqi və xalis tövbə - o tövbədir ki, insanlara nəsihət verər ki, tövbənin köklərini kəssinlər. Bir daha günaha tərəf qayıtmasınlar. Tövbə insanı yenidən Allahın sevimlisi edər, halbuki günah halında onun rəhmətindən məhrum olmuş halda idi.

Belə tövbənin çoxlu bərəkətləri vardır. O cümlədən:

1. Günahları məhv edər.

2. Yerin və göyün bərəkətlərini tövbəkar üçün nazil edər.

3. Nəinki günahların üstünü örtər, hətta onu həsənəyə də çevirə bilər.

4. Nə zaman tövbə xalis olarsa, Allah həmin günahı elə məhv edər ki, nə əməllərini yazan mələklər onu xatırlayar, nə də yer və göy.

5. Tövbəkar Allahın xüsusi inayətinə çatar ki, ərşi həml edənlər belə, onun üçün tövbə edərlər. (Beytutə)

Hədisdə oxuyuruq: "Allah tövbə edənə üç fəzilət vermişdir ki, nə zaman onların birini yer və göyün əhlinə versə, onların nicat mənbəyinə çevrilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.