Maraqlı

Köhnəlmiş “iPhone” qurğuları üçün yeniləmə təqdim edilib

31 Mart 2020 08:55
0 Şərh     Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" korporasiyası köhnəlmiş smartfon və planşetlər üçün yeniləmə çıxarıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkət köhnə cihazlar üçün yeniləmə çıxarıb. "iOS 12.4.6" yeniləməsi "iPhone 5s", "iPhone 6", "iPad Air", "iPad mini 2", "iPad mini 3" və altıncı nəsil "iPod touch" üçün əlçatandır. Jurnalistlər hesab edirlər ki, sözügedən yeniləməyə təhlükəsizlik parametrləri də daxildir.

ABŞ şirkəti köhnə qurğular üçün təhlükəsizlik yeniləməsindən başqa, həmçinin öz məhsulları üçün əməliyyat sistemlərinin yeni versiyalarını ("iOS 13.4" və "iPadOS 13.4") təqdim edib. Məsələn, planşetlər üçün yeniləmədə yeni "iPad Pro" üçün uyğunlaşdırılmış trekpad dəstəyi əlçatandır.

Xatırladaq ki, həmçinin 2019-cu ilin dekabrında "iPhone 5s" və "6", birinci nəsil "iPad Air", "iPad mini 2" və "3", altıncı nəsil "iPod Touch" qurğuları üçün yeniləmə təqdim edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.