Maraqlı

Tailanddan koronavirusa qarşı texnoloji həll: ninca robotlar

28 Mart 2020 19:30
0 Şərh     Baxış: 2 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tailand koronavirusla mübarizədə robotları istifadə etməyə başladı. "Ninca robotlar", xəstələrin vəziyyətini izləyərək həkim və tibb bacılarının daha sağlam və rahat şərtlərdə işlərini təmin edir.

Qara rəngli bu robotlar, qızdırmalı xəstələrin yaxşılaşma müddətini izləmək üçün hazırlandı. Beləcə ölümcül virusun yayılmasına maneə törədərək, həkimlərin və tibb bacılarının yükünü yüngülləşdirirlər. Robotlar, səhiyyə işçilərinin xəstə ilə təmas etmədən ünsiyyət qurmasını da təmin edir.

Çulalonqkorn Universitetindən Vibun Sanqveraphunsiri, ninca robotların daha çox növünü yaradacaqlarını açıqladı. Yeni robotlar, otaqları dezinfeksiya etmək, xəstələrə yemək və dərman aparmaq kimi vəzifələrdə istifadə ediləcək. Robotların Banqkok və ətrafındakı dörd xəstəxanada istifadə edildiyi və bu xəstəxanalarda infeksiya riskini əhəmiyyətli ölçüdə azaltdığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.