Maraqlı

Volkswagen loqosunu dəyişərək insanları sosial məsafəyə səslədi

28 Mart 2020 07:01
0 Şərh     Baxış: 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir sıra avtomobil şirkətləri koronavirusla əlaqədar istehsalı dayandırmaq məcburiyyətində qalıblar. Bir qismi isə loqosuna kiçik dəyişiklik edərək insanları məsafə saxlamağa səsləyib. Onlardan biri də Volkswagen olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət loqosuna bir qədər məsafə əlavə edib. O, sosial məsafə loqosunu öz vebsaytında yayımlayıb. Keçmiş loqodakı "V" və "W" hərfləri arasında boşluq yerləşdirilib. Loqonun yeni istehsal edilən avtomobillərdə də olub - olmayacağına gəlincə isə şirkət rəsmiləri bildiriblər ki, yenilik koronavirusa görə müvəqqəti xarakter daşıyır. Buna görə də yeni istehsal olunan avtomobillərdə bu loqodan istifadə edilməyəcək.

Qeyd edək ki, bir neçə gün öncə Audi də loqosuna dəyişiklik edərək insanları məsafə saxlamağa çağırıb. O, loqosundakı birləşmiş halqaları bir-birindən ayıraraq təqdim edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.