Maraqlı

Məşhur müğənnilər koronavirusa qarşı birləşirlər: Together At Home

24 Mart 2020 21:10
0 Şərh     Baxış: 1 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur müğənnilər koronavirusa görə canlı yayım vasitəsilə konsert verirlər.

Milli.Az ted.az-a istinadən bildirir ki, konsertlər Ümumdünya Səhiyyə Təşkilatı və Qlobal Vətəndaş Xeyriyyə Festivalı tərəfindən keçirilən "Together, Home" (Birlikdə, evdə) aksiyası çərçivəsində təşkil olunur.

Aksiyanın ilk iştirakçısı Coldplay rok qrupunun solisti Kris Martin olub.

"Karantinə daha ciddi yanaşmalıyıq. Xahiş edirəm, evlərinizi tərk etməyin. Virusa qalib gəlməliyik!", - deyə ifaçı bildirib.

Aksiyaya qoşulan ikinci müğənni isə Con Legend olub. O, İnstaqram hesabında 1 saatlıq canlı yayım edərək istifadəçiləri ruhlandırmağa çalışıb.

"Bütün konsertlər ləğv olunsa da, musiqi bizi birləşdirir, məhz buna görə buradayıq. Birlikdə, evdə", - müğənni canlı yayımda qeyd edib.

Məlumat üçün bildirək ki, aksiyanın iştirakçı sayı artmaqdadır. "Together At Home"a qoşulacaq müğənnilər sırasında Ariana Grande, Demi Lovato və Rita Ora kimi bir çox məşhur yer alıb. Aksiyanın təşkilatçıları aprelin sonuna qədər əldə olunan vəsaiti koronavirusla mübarizəyə yatırmağı planlaşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.