Maraqlı

Qoxunu hiss edə bilən kompüter yaradılacaq

24 Mart 2020 23:45
0 Şərh     Baxış: 1 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Intel firması neyromorfik proqramlar vasitəsilə qoxunu hiss edə bilmək üçün istifadə olunan beyin hissəciklərini araşdıraraq yeni alqoritm yaradıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, alqoritm vasitəsilə insan beyninin işləmə mexanizmi kompüter çiplərinə daşınacaq.

Cornell Universiteti ilə birgə aparılan araşdırma qoxunu hiss edəbilən kompüterlərin yaradılması ilə nəticələnəcək.

Araşdırma zamanı qoxunu hiss edə bilmək üçün 450 növ reseptorun olduğu ortaya çıxıb.

Intel hələ ki, qoxu hiss etmə sistemini çip üzərində tətbiq etməsə də, onu inkişaf etdirmək üçün iş aparıldığını, məqsədin qoxu hiss edə bilən kompüter yaratmaq olduğunu açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.