Intel firması neyromorfik proqramlar vasitəsilə qoxunu hiss edə bilmək üçün istifadə olunan beyin hissəciklərini araşdıraraq yeni alqoritm yaradıb.
Milli.Az ted.az-a istinadən bildirir ki, alqoritm vasitəsilə insan beyninin işləmə mexanizmi kompüter çiplərinə daşınacaq.
Cornell Universiteti ilə birgə aparılan araşdırma qoxunu hiss edəbilən kompüterlərin yaradılması ilə nəticələnəcək.
Araşdırma zamanı qoxunu hiss edə bilmək üçün 450 növ reseptorun olduğu ortaya çıxıb.
Intel hələ ki, qoxu hiss etmə sistemini çip üzərində tətbiq etməsə də, onu inkişaf etdirmək üçün iş aparıldığını, məqsədin qoxu hiss edə bilən kompüter yaratmaq olduğunu açıqlayıb.
Milli.Az