Maraqlı

iPhone-da olan populyar tətbiq vasitəsilə fərdi məlumatlar oğurlana bilər

19 Mart 2020 21:55
0 Şərh     Baxış: 1 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislərin sonuncu araşdırmasına əsasən, iOS-da istifadə olunan onlarla tətbiq vasitəsilə hakerlər istifadəçinin icazəsi olmadan telefona daxil ola və məxfi məlumatları oğurlaya bilərlər.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda xarici mətbuat məlumat yayıb.

Məlumata görə, bu tətbiqlərin siyahısında ən çox yüklənən sosial şəbəkə -TikTok da yer alıb.

Mütəxəssislər qeyd edirlər ki, çox vaxt telefonda saxlanan mətn məlumatları çox da dəyərli olmur: "Amma məxfi istifadəçi məlumatlarına, o cümlədən giriş, parol və müxtəlif maliyyə məlumatlarına gəldikdə vəziyyət çox təhlükəli ola bilər. iOS təhlükəsizlik sistemindəki bu boşluqların potensial təhdidlərini diqqətlə araşdırdıqda görürük ki, bu tətbiqlərdən istifadəçinin fərdi məlumatlarını oğurlamaq üçün deyil, həm də dəqiq yer məlumatlarını müəyyən etmək üçün istifadə edilir".

"Mövcud boşluqların səbəbi Apple-in tətbiqetmələrə xüsusi məhdudiyyət qoymamasıdır. iOS-da qeydə alınan bu problemlər bir sıra populyar oyunlar, sosial şəbəkə tətbiqləri və xəbər tətbiqlərində də qeydə alınıb", - deyə mütəxəssislər əlavə ediblər.

Qeyd edək ki, Apple bu boşluqları tezliklə bərpa edəcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.