Maraqlı

Tvitlərə düzəliş etmək mümkün olacaq?

21 Mart 2020 20:50
0 Şərh     Baxış: 711
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çoxdandır Tvitterdə Feysbuk, İnstaqram və digər sosial şəbəkələrdəki "düzəliş et" bölməsinin yaradılması ilə bağlı müzakirələr gedirdi.

Milli.Az ted.az-a istinadən bildirir ki, Tvitter paylaşımların silinməsi və redaktə olunması ilə bağlı bir sıra xüsusiyyətlərə sahibdir. Amma hazırda bunun üçün bəlli vaxt məhdudiyyəti var. Hazırda Tvitterdə tətbiq olunan "paylaşımı geri al" düyməsindən tviti paylaşdıqdan 10 dəqiqə sonraya qədər yararlanmaq mümkündür. Bu müddət tamamlandıqdan sonra isə tviti geri almaq və ya ona düzəliş etmək mümkün deyil.

Tvitterin mikrobloqunun rəhbəri isə yayılan məlumatları təkzib edib və bildirib ki, ən yaxşı halda tviti redaktə etmək üçün 30 saniyə vaxt verilə bilər. Bu xüsusiyyətin ödənişli olma ehtimalı da az deyil. Çünki bir istifadəçi atdığı tvitə dəyişiklik etsə də, artıq çoxları onu paylaşmış ola bilər. Tvitin daxili isə tamamən dəyişdirilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.