Maraqlı

Hər gün iki pomidor yeməklə bu riskdən qorunmaq olar

21 Mart 2020 17:20
1 Şərh     Baxış: 1 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çoxlarının adi tərəvəz saydığı pomidorun çoxlu faydalarının olduğu məlumdur. Pomidorun daha bir faydalı xüsusiyyəti açıqlanıb. Araşdırmalar nəticəsində məlum olub ki, bu tərəvəz ağciyərin itməkdə olan funksiyasını bərpa edə bilir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-dan olan alimlər pomidoru həm də bu faydasıma görə mütəmadi olaraq yeməyə çağırırlar. ABŞ alimlərinin apardığı araşdırmaya görə, pomidor hətta davamlı siqaret çəkənlərdə belə, ağciyər funksiyasını bərpa edir.

Müsbət təsir göstərmək üçün gün ərzində ən azı iki pomidor yemək kifayətdir. Tədqiqatlar göstərib ki, pomidoru çox qəbul edənlərdə xroniki ağciyər xəstəliklərinin riski azalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.