Maraqlı

iPhone 11 Pro ilə Ermitaj muzeyində 5 saatlıq film çəkilib

12 Mart 2020 22:20
0 Şərh     Baxış: 1 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Apple şirkətinin nümayəndələri iPhone 11 Pro ilə Ermitaj muzeyində çəkilmiş 5 saatlıq filmi nümayiş etdiriblər.

Milli.Az ted.az-a istinadən bildirir ki,  film YouTube videohostinq platformasında yayımlanıb.

Filmdə Sankt-Peterburqda yerləşən Ermitaj muzeyi barəsində 5 saatlıq virtual ekskursiya əks olunub. Bir dublla çəkilən filmdə kamera bütün çəkiliş boyunca sürəti azaldılmış rejimdə işləyib. Videoda Ermitaj binalarının daxili və digər detalları göstərilir. Çəkilişdə kadr arxası heç bir cümlə işlədilmədən Ermitajın 45 otağında sənət əsərləri görüntülənir.

Daha mühüm bir detal isə çəkiliş iPhone 11 Pro-da enerji doldurulmadan aparılıb. Filmin rejissoru Aksinya Qoqdur.

Qeyd edək ki, bu Apple şirkətinin Rusiyada ilk belə layihəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.