Maraqlı

“Qadının kişinin qabırğasından yaranması əfsanədir!” - Dinşünas alimdən qalmaqallı AÇIQLAMA

8 Mart 2020 13:04
2 Şərh     Baxış: 2 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qadının kişidən, onun qabırğasından yaranması əfsanədir keçib dinlərə, dinlərdən də mədəniyyətlərə, eləcə də qadınları zaman-zaman aşağılayan adət-ənənələrə...".

Milli.Az Modern.az-a istinadən xəbər verir ki, bu fikirləri tanınmış dinşünas Nəriman Qasımoğlu bildirib.

Onun sözlərinə görə, "Quran"da (Qadınlar surəsi, ayə 1) isə bütün insanların tək bir candan yaradılması vurğulanır, tək bir cismdən yox ki, onun da qabırğasından başqası yaransın.

"Oxu-da ("Quran"da) qeyd edilir ki, o tək candan onun tayı, yəni can tayı yaranmış öncə. Və bu iki candan çoxlu sayda kişilərlə qadınların yaradılması vurğulanır",-deyə N.Qasımoğlu bildirib.

Qeyd edək ki, bəzi kitablarda iddia olunur ki, guya Allah-Təala Həvvanı Adəmin qabırğasından yaradıb. Hətta bir sıra din üləmaları məsələyə daha da "dəqiqlik" gətirərək, Həvvanın Adəmin sol qabırğasından yarandığını söyləyiblər.

Nəriman Qasımoğlu isə deyir ki, "Quran"da Həvvanı Adəmin qabırğasından yaradıldlğl bildirilməyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.