Maraqlı

5 dollarlıq aparatla bir çox telefona kiber hücumlar etmək mümkündür

10 Mart 2020 21:50
0 Şərh     Baxış: 1 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Miçiqan Əyalət Universiteti, Nebraska-Linkoln, həmçinin Vaşinqton Universitetinin və Çin Elmlər Akademiyasının bir qrup alimi 5 dollarlıq aparatla iPhone, Samsung Galaxy və Pixel telefonlarını asanlıqla necə kiber hücum etməyin mümkünlüyünü nümayiş etdiriblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən aparat Siri və ya Google Assistan kimi səs köməkçilərinə insan qulağı tərəfindən eşidilməyən ultrasəs dalğalar göndərir.

Bir çox kilidli telefonlara daxil ola bilir

"SurfingAttack" adlandırılan hücum Apple-ın Siri, Samsung-un Bixby və Google Assistan kimi bir çox səs köməkçisini aldatmaqla telefonlara giriş əldə edə bilir.

Sözügedən metoddan istifadə edən elm insanları telefonların kilidini açıb, gələn mesajları oxuyub, telefon zəngləri edib, hətta ön kameradan selfie belə çəkməyi bacarıblar.

SurfingAttack üsuluna qarşı müdafiəsiz olan telefonlar

Elm insanları Surfing Attack hücumu ilə aşağıdakı telefonlara daxil olmağı bacarıb:

Google Pixel

Google Pixel 2

Google Pixel 3

Moto G5

Moto Z4

Samsung Galaxy S7

Samsung Galaxy S9

Xiaomi Mi5

Xiaomi Mi8

Xiaomi Mi8 Lite

Huawei Honor View 10

iPhone 5

iPhone 5s

iPhone 6+

iPhone X

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.