Maraqlı

Çin koronavirusa müsbət təsir edəcək dərmanı AÇIQLADI

4 Mart 2020 23:30
0 Şərh     Baxış: 3 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin hökuməti koronavirusa yoluxmuş, ağır vəziyyətdə olan xəstələrin müalicəsi zamanı "Roche Holding AG" şirkətinin artrit dərmanlarından istifadəni təsdiqləyib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə "Reuters" yazıb. İsveçrənin nəhəng əczaçılıq şirkəti tərəfindən "Actemra" ticarət nişanı altında satılan "Tocilizumab" preparatı ağ ciyərlərin ciddi zədələnməsinə məruz qalan və qanın tərkibində iltihabı və ya immunoloji xəstəlikləri bildirən "Interleukin 6" adlı proteinin miqdarı çox olan koronavirus xəstələrinə təyin edilə bilər.

"Roche" əczaçılıq şirkətinin fikrincə, "Actemra" preparatı "Interleukin 6" proteini ilə əlaqədar olan iltihabı məhdudlaşdırmağa kömək edə bilər.

Lakin hələlik bu preparatın koronavirus xəstələrinə səmərəli təsir göstərə biləcəyinə dair heç bir kliniki sınaq aparılmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.