Maraqlı

Koronavirusu 20 saniyədə aşkarlayan sistem yaradıldı

8 Mart 2020 20:10
0 Şərh     Baxış: 1 418
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alibaba.com rəsmiləri bildiriblər ki, yaratdıqları yeni süni intellekt sistemi koronavirusu qısa müddətdə aşkar edir.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni sistemin virusu 96% dəqiqliklə təxmin etdiyi bildirilir. Süni intellektin virusu aşkarlaması 20 saniyə çəkir. Texnologiya ilə virusu aşkarlamaq üçün 300-dən artıq görüntü analiz edilir.

Alibabanın hazırladığı sistem Çindəki karantin xəstəxanalarında test edilir. Artıq 100-dən çox şəxs üzərində sınaqdan keçirilib.

Xatırladaq ki, Alibaba koronavirus təhlükəsinin qarşısını almaq üçün cəhd edən yeganə şirkət deyil. Bundan öncə Ping An şirkəti də oxşar sistemi yaratması ilə gündəmə gəlmişdi. Sistemin virusu 15 saniyə ərzində 90% dəqiqliklə aşkarladığı bildirilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.