Maraqlı

Can Yaman pərəstişkarının qolunu qırıb - İddia

3 Mart 2020 19:29
0 Şərh     Baxış: 1 117
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddətdir ki, qalmaqalları ilə gündəmdən düşməyən aktyor Can Yaman haqqında iddia yayılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, aktyor onunla şəkil çəkdirmək istəyən Çiğdem Gökaşan adlı qadın pərəstişkarını döydürərək məkandan qovdurub. Buna səbəb qadının şəkil çəkdirən zaman həddən artıq yaxınlıq göstərərək onu qucaqlaması olub. Aktyor qadının əlini boynundan çəkərək geri itələyib.

Öz masasına qayıdan qadın aktyorun videosunu çəkməyə başlayıb. İddialara görə, narahat olan Yaman mühafizəçilərə xəbərdarlıq göndərib. Bundan sonra iki əməkdaş gənc qadını və dostlarını məkandan çıxarmaq istəyib. Qəzəblənən qadın "Səni biz var etdik. İndi məkandan bizi qovdurursan" deyərək, gileylənib. Bu zaman Can Yaman qadının əlini qırıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.