Maraqlı

Volkswagen hibrid mühərrikli ilk R modelini təqdim etdi

5 Mart 2020 22:20
0 Şərh     Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alman avtomobil nəhəngi Volkswagen çoxdan gözlənilən yeni Touareg R modelini təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, ilk dəfə Cenevrə Avtomobil sərgisində nümayiş etdiriləcək SUV, hibrid mühərrikli VW R modeli olması ilə fərqlənir.

Avtomobil 336 at qüvvəsi istehsal edən 3.0 litr həcmli turbomühərrikli V6 benzinli mühərrikə malik SUV həmçinin 130 at gücünə sahib 14.1 kVt/saat litium-ion batareyası olan elektrik mühərriki ilə təchiz edilib. Cəmi 456 at qüvvəsi olan bu "canavar" 516 funt fırlanma qabiliyyətinə malikdir

Yeni Touareg R baqaj hissəsində yerləşən litium-ion batareya paketi sayəsində yalnız elektrik enerjisi ilə saatda 140 kilometr sürət yığa bilir.

Sürücü yönümlü daxili dizaynı olan Touareg R 12 düymlük rəqəmsal ekran və 15 düymlük əyləncə sistemi ilə təchiz edilib.

Xüsusi R üslublu bamperlər, qara rəngli zolaqlar və qara xarici güzgü qoruyucuları kimi bir çox dizayn detalına sahib olan avtomobil ilk dəfə olaraq, gələn həftə Cenevrə avtomobil sərgisində nümayiş etdiriləcək. İlin ikinci yarısında Avropada satılması planlaşdırılan 2021 Touareg R-in qiymətinin yarmarka müddətində açıqlanacağını gözləyirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.